Sosial 

Artıq çəkidən azad olmaq üçün nə etməli?

Son zamanların ən aktual   problemlərindən biri artıq çəkidir.  Artıq çəkidən azad olmaq üçün saysız- hesabsız pəhrizlər və idman növləri mövcud olsa da, bütün bunları yerinə yetirmək üçün  səbirli olmaq lazımdır.Lakin gündəlik həyatınızda xırda dəyişikliklər etsəniz daim formada qala biləcəksiniz. Bəs artıq çəkidən azad olmaq üçün biz nə etməliyik?

Porsiyaları kiçildin

Qadağan olunan şeylər insanları cəlb edir. Özünüzə qadağalar qoymaq yerinə hər şeydən az-az dadın. Bununla da sizdə məhrumiyyət duyğusu yaranmayacaq və artıq çəkidən azad olmaq üçün stimul yaranacaq.

Çayı və qəhvəni şəkərsiz için

Hər gün 5 qənd istifadə etdiyinizi hesablasaq, 100 kalori enerji qəbul etdiyinizi görəcəksiniz. Hər gün 100 kaloridən əl çəkərək ayda 3, ildə isə 36 min 500 kaloridən azad ola bilərsiniz. Bu isə ilin sonunda 5 kq arıqlamaq deməkdir.

Salatların yağına diqqət edin

Yeməklərdən əlavə salatlarda istifadə etdiyiniz yağa diqqət edin. Gündə 1 qaşıqdan artıq zeytun yağı istifadə etməməyə çalışın. Yağdakı kalorini azaltmaq üçün sirkə və ya ədviyyatlardan istifadə etmək olar.

Paxlalı qidalardan qəbul edin

Həftədə ən azı 1-2 dəfə mərcimək, quru lobya, noxud kimi qidalar qəbul etməyə çalışın. Adıçəkilən qidalardan siz ancaq suda bişirmək yolu ilə salatlarda da istifadə edə bilərsiniz. Proteinlə zəngin paxlalılar bağırsağın fəaliyyətini tənzimləyir.

Yağın miqdarına diqqət yetirin

Süd məhsulları alarkən onların az yağlı olanları seçməyə çalışın. Bununla gün ərzində alınan kalorinin miqdarını azaltmaq sizin öz əlinizdə olacaq.

Spirtli içkini azaldın

Spirtli içkiyə meyillisinizsə, şəraba üstünlük verin. Araq, viski kimi spirtli içkilərdə spirt 45-50 faiz olsa da, şərabda bu, 12-15 faizdir. Unutmayın ki, 1 qram yağda 9, içkidə isə 7 kalori var.

Əsasən səhər yeməyinizə diqqət yetirin

Eyni tipli qidalanmayın. Fərqli dadları sınayın. Bəzən səhərlər meyvə və yoqurt, bəzən pendir-çörək, bəzən isə yumurta, yulaf, süd kimi qidalar qəbul etməyə çalışın.

Mütləq yumurta yeyin

1 yumurtanın sarısı ilə 3 yumurtanın ağını qarışdırın. Bununla da daha az yağ və xolesterol, daha çox protein və kalsium qəbul edə bilərsiniz.

Kalori hesablamayın

Kalori hesablamaq yerinə sağlam qidalar yeməyə çalışın. Hər dəfə yeməkdə 5 əsas qida qrupunun nümunələrinin olmasına diqqət edin. Bunlar süd, yoqurt, ət, balıq, toyuq, çörək və un məmulatları, tərəvəz və meyvədən ibarətdir.

Düşüncəni dəyişin

Həyat tərzinizi və düşüncənizi yeniləyin. Sağlam qidalanmağı həyatınızın bir hissəsi halına gətirin. Bəzən pəhriziniz siz istəmədən belə pozula bilər. Ancaq “artıq pəhriz pozuldu” deyə onu dayandırmayın. Növbəti gündən pəhrizə və ya sağlam qidalanma rejiminə davam edin.

Daha çox xəbərlər