Martda koronavirusun 3-cü dalğası başlaya bilər – AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların sayında azalma dinamikası davam edir. Belə ki, fevralın 16-da 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər isə vəfat edib. Koronavirusa yoluxanların sayında azalma dinamikası davam etsə də, mart ayında 3-cü dalğanın başlaması ilə bağlı iddialar səsləndirilir. Mart ayında Azərbaycanda koronavirusun 3-cü dalğası başlaya bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, əslində bu iddialar üçün əsaslar var:
“Mutasiyanın davam etməsi və sürətli yoluxuculuq qabiliyyəti olan Britaniya ştamının olması, üçüncü dalğanın olmasına səbəb ola bilər. Amma bu şərt deyil, sadəcə ehtimaldır. Hər halda mövcud situasiyadan çox şey asılı olacaq. Qabaqlayıcı tədbirlər görülsə, vaksinasiya uğurla aparılsa 3-cü dalğanın yaranmasının qarşısı alına bilərik. Əks halda koronavirusun 3-cü dalğasının olması gözlənilə bilər”.

