Rəşad Nəbiyev: “Türkiyənin təcrübəsinin Azərbaycanda tətbiqi barədə razılığa gəldik” – YENİLƏNİB + FOTO
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev bu gün Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüş keçirib.
Bununla bağlı R.Nəbiyev sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, görüşdə İKT və innovasiyalar üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
“Layihələrin həyata keçirilməsi və Türkiyənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiq edilməsi barədə razılığa gəldik”, – deyə R.Nəbiyev qeyd edib.
16:30
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyədə həmkarı Adil Karaismailoğlu ilə görüşüb.
“TRTHaber” məlumat verir ki, türkiyəli həmkarı R.Nəbiyevi yeni vəzifəsinə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar diləyib.
Karaismailoğlu iki xalq arasındakı dostluq və qardaşlığın təməlinin ortaq əcdadlar, mədəniyyət, taleyin birliyi üzərində qurulduğunu bildirib:
“Dəyərli həmkarımızla apardığımız müzakirələrdə dünyaya nümunə olan dostluğumuz çərçivəsində nəqliyyat və rabitə sahəsindəki əməkdaşlığımızı müzakirə etdik”.

