Rusiyada evdə nəzarətsiz qalan iki uşaq yanaraq öldü
Rusiyanın Perm şəhərinin Orda kəndində fərdi yaşayış evində yanğın baş verib.
ARANTV.AZ “qazeta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində evdə nəzarətsiz qalan 2011 və 2017-ci il təvəllüdlü iki uşaq yanaraq ölüb.
Azyaşlıların cəsədlərində zorakılıq əlaməti tapılmayıb.
Federal İstintaq Komitəsi tərəfindən “Səhlənkarlıq nəticəsində iki nəfərin ölümə səbəb olma” maddəsi ilə cinayət işi açılıb.

