Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Zəfər salnaməsi” FOTO

By Vüsal Rafiqoğlu
18.02.2021 5 Min Read

Yeni Azərbaycan Partiyası tərəfindən nəşr olunan bu kitabda Azərbaycanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və informasiya cəbhəsində qətiyyətli mübarizə aparması, şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi nəticəsində tarixi ədalətin bərpa olunması və digər mühüm məsələlər öz əksini tapıb.

ARANTV.AZ  yap.org.az-a istinadən xəbər verir ki, Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun müddətdir ki, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Qüdrətli Azərbaycan Ordusunun 44 günlük Qələbə yürüşü nəticəsində yazılan şanlı qəhrəmanlıq dastanı unudulmaz Zəfər salnaməsi olmaqla yanaşı, dünya hərb tarixinə düşən unikal nümunədir. Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir.

O da xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevdir. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə mahir strateq nümunəsi ortaya qoymaqla yanaşı, informasiya müharibəsində Azərbaycanın haqq-ədalət səsi oldu, qətiyyətlə və cəsarətlə bütün təzyiqləri dəf etdi, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrildi. Ölkə rəhbəri ötən müddət ərzində hücum diplomatiyası həyata keçirməklə, müxtəlif beynəlxalq kürsülərdən tarixi həqiqətləri, Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə əlaqədar vacib hüquqi  və siyasi məsələləri diqqətə çatdırmaqla, dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsini təmin etdi. Qeyd olunması vacib olan ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı ardıcıl uğurlarına paralel olaraq, dövlətimizin başçısı dünyanın nüfuzlu nəşrlərinə müsahibələri, xalqa müraciətləri zamanı bütün reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyasını iflasa uğratdı. Bunun nəticəsidir ki, beynəlxalq mediada Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxlu sayda məlumatlar, təhlil xarakterli materiallar tirajlandı, müxtəlif süjetlər yayımlandı. Bu isə informasiya müharibəsində Azərbaycanın mütləq üstünlüyünü təmin edən mühüm amil oldu.

Bu gün də bəhs olunan məsələləri özündə ehtiva edən materiallar nəşr olunur, yerli və beynəlxalq auditoriyanın – geniş ictimaiyyətin diqqətinə təqdim edilir. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası tərəfindən bu günlərdə nəşr olunan “Zəfər salnaməsi” adlı kitabda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və informasiya cəbhəsində apardığı uğurlu və qətiyyətli mübarizə, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı döyüş meydanında öz sözünü deməsi və xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.

“Şərq-Qərb” mətbəəsində işıq üzü görən 536 səhifəlik nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan həqiqətləri, müharibə reallıqları ilə bağlı dünyanın aparıcı televiziya kanallarına, informasiya agentliklərinə və  qəzetlərinə verdiyi müsahibələr, Türkiyənin,  eləcə də müxtəlif ölkələrin  hökumət və dövlət başçıları ilə  görüşləri zamanı çıxışları, Azərbaycan xalqına müraciətləri, xüsusilə də Şuşanın işğaldan azad olunması ilə əlaqədar Şəhidlər xiyabanından xalqımıza səslənişi öz əksini tapıb. Ən əsası, kitabda müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur!” fikirlərinin ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərində yer alan, bu gün də fəxrlə ifadə etdiyimiz  “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” sözlərinə yer verilib.

Yeri gəlmişkən, nəşrdə ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışının yer alması müstəsna əhəmiyyətə malikdir. O mənada ki, Vətən müharibəsində əsas şüara çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” çağırışı məhz bu sessiyada Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və cəsarətlə  bəyan edilmişdi.

Diqqət çəkən məqamlardan biri cənab İlham Əliyevin bəzi nüfuzlu nəşrlərin, informasiya agentliklərinin və televiziya kanallarının jurnalistlərinin bəzən qərəzdən, bəzən isə məlumatsızlıqdan irəli gələn qeyri-adekvat suallarını səbrlə, təmkinlə, diplomatik tərzdə  cavablandırması, bu müsahibələri ilə  həm işğalçı Ermənistana, həm də dünyaya tarix, hüquq və qürur dərsi keçməsi oldu.  Məhz bu mühüm məqamlar da ətraflı şəkildə “Zəfər salnaməsi”ndə yer alıb.

Nəşr oxuculara, həmçinin dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşünün mühüm məqamlarını çatdırıb. Həmin görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” sözləri 44 günlük Vətən müharibəsində Azərbaycanın unudulmaz tarixi zəfərini təmin edən amillərin həm daxili, həm də beynəlxalq auditoriyanın diqqətinə çatdırılması baxımından çox önəmli fikirlər kimi nəşrdə əks olunub.

Kitabda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinə də geniş yer ayrılıb.

“Zəfər salnaməsi” Bakının Azadlıq meydanında Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş Zəfər paradı ilə tamamlanıb. Bu hissədə dövlətimizin başçısının dərinməzmunlu nitqi və tarixi əhəmiyyətə malik fikirləri öz əksini tapıb.

Bunlarla yanaşı, ölkə Prezidentinin işğal altında olan torpaqlarımızın bir-birinin ardınca işğaldan azad edilməsi ilə bağlı “Twitter” səhifəsində paylaşdığı müjdəli xəbərlər də kitabın səhifələrini bəzəyir.

Bir sözlə, “Zəfər salnaməsi” Azərbaycanın tarixi ədalətin bərpası uğunda mübarizəsi ilə əlaqədar faktların öyrənilməsinə və möhtəşəm qələbəmizlə bağlı həqiqətlərin təbliğinə imkan verən çox əhəmiyyətli, zəruri informasiyalarla zəngindir. Nəşr, bütövlükdə, Azərbaycanın tarixi zəfərinin ayrı-ayrı məqamlarını özündə əks etdirən dəyərli, zəngin və mötəbər mənbədir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azad olunmuş ərazilərimizə hər bir səfər xalqımıza yeni müjdələr verir

Next

Lənkəran pomidorlarının Avropa ölkələrinə tədarükü müzakirə olunur – Aİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv