Düzgün maska istifadə edilmədikdə…
Alimlər yanlış maskadan istifadənin müəyyən fəsadlar yaratdığını açıqlayıblar.
ARANTV.AZ xarici KİV-ə istinadən bildirir ki, mütəmadi olaraq düzgün maska istifadə edilmədiyi təqdirdə, ağız və dodaq kənarında problemlər baş verir. Bu fəsadlarla daha çox ikiqat maska istifadə edənlər qarşılaşır. Maskada mütəmadi istifadə zamanı ağız boşluğunda quruluq yaranır ki, bu da yara, göbələk və digər dəri problemlərinə səbəb olur.
Mütəxəssislər bir qat olan tibbi maskalardan istifadəni tövsiyyə edirlər. Bir maskanı bir neçə dəfə taxmaq onun müdafiə finksiyasını zəiflədir. Onu uzun müdddət ağızda saxlamaq olmaz.
Asqıran, ya da burun axan zaman maska nəmlənir. Bu da onun virusu daha asan keçirməsinə şərait yaradır. Belə olan zaman onu mütləq çıxarıb atmaq lazımdır.
Parça maskaların qoruyuculuq funksiyasının olması hələ ki, təsdiqlənməyib. Buna görə də satışı səhiyyə qurumları tərəfindən təsdiqlənən maskalar əldə etmək tövsiyyə olunur.

