Şou biznes 

Prezident Emin Musavi ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

ARANTV.AZ-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları təltif ediliblər.

Onlardan biri də “ASAN Radio”nun icraçı direktoru Emin Musavidir. Sərəncama əsasən Musavi Emin Qabil oğlu “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.axşam.az

Daha çox xəbərlər