Dünya 

Çində aktiv koronavirus xəstələrinin sayı 500-dən aşağı düşdü

Çində son sutka ərzində 10 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. ARANTV.AZ  bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 816-ya yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 696 xəstə sağalıb.

Ölkədə 484 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.

Daha çox xəbərlər