Yaponiyada avtobus yük avtomobili ilə toqquşdu: ən azı 16 yaralı
Yaponiyada avtobusun yük avtomobili ilə toqquşması nəticəsində ən azı 16 nəfər xəsarət alıb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla səhər saat 08:00 radələrində Tiba prefekturasının Fubanasi şəhərində baş verib. Qəza nəticəsində 2 nəfər ciddi xəsatərlər alıb.
Hadisənin səbəbləri araşdırılır.

