Sosial 

Bakıda eyni yolda bir gündə ikinci hadisə: Tıxac yarandı – FOTO

Heydər Əliyev prospektinin kənar yolunda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, sıxlıq səbəbindən metronun “İçərişəhər” “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları istiqamətində ekspress və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb:

“Bu artıq bu gün eyni yolda avtomobillərin hərəkətində qeydə alınan ikinci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda betonqarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir”.

Daha çox xəbərlər