Gündəm 

“Star” neft emalı zavodu yanvarda ilk məhsullarını bazara çıxaracaq

ARANTV.AZ xəbər verir ki, SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Star” neft emalı zavodu yanvarda ilk məhsullarını bazara çıxaracaq. Bu barədə müəssisənin baş direktoru Mesut İlter deyib. Bildirilib ki, zavoddakı bütün qurğular sınaqdan keçirilib. “İlk məhsullar istehsal olunmağa başlayıb və “Petkim” şirkətinə satılması nəzərə tutulur. Bu isə simvolik addımdır” deyə Mesut İlter qeyd edib. Qeyd edilib ki, “Star” Neft Emalı Zavodunun gələn ildən tam gücü ilə işləməsi gözlənilir. Zavod ildə 5 milyon ton dizel yanacağı, 1,5 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz, neft koksu və kükürd istehsal edəcək. Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir.

Daha çox xəbərlər