Dünya 

ABŞ-da çovğunlu havada 2 nəfər ölüb

ABŞ-ın Orta Qərb regionunda çovğunlu hava nəticəsində 2 nəfər ölüb.

ARANTV.AZ  report-a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti üzündən baş verən hadisələr nəticəsində Kansas və Luisiana ştatlarının hər birində1 nəfər dünyasını dəyişib. Çövğunlu hava barədə xəbərdarlıqlar Kansas, Nebraska, Şimali və Cənubi dakota, Minnesota ştatlarında verilib.

Dekabrın 26-dan ölkə ərazisində çovğunlu hava ucbatından 800-dək təyyarə reysi ləğv edilib, 6500-dən çox reys isə təxirə salınıb.

Daha çox xəbərlər