Cəbhədən Xəbər 

Dövlət Agentliyinin Vətən müharibəsində iştirak edən əməkdaşlarının sayı AÇIQLANDI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib.

ARANTV.AZ-ın  verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, müharibədə iştirak edən əməkdaşlardan 10 nəfər zabit olub:

“Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən əməkdaşlarımızdan 7 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb.

Eyni zamanda əməkdaşlarımızdan 44 nəfər döyüşdə göstərdikləri şücaətlərə görə Prezident İlham Əliyev tərəfindən medallarla təltif olunublar”.

Daha çox xəbərlər