Şəhid olduğu döyüşdə 20-ə yaxın düşmən əsgərini məhv edən Fariz Qurbanov – VİDEO
Vətən müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Fariz Qurbanov olub.
ARANTV.AZ xezerxeber.az-a istinadən bildirir ki, Fariz Qurbanov Goranboyun Qızılhacılı qəsəbəsindəndir.
Fariz müharibə başlamazadan 1 ay əvvəl müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.
Müharibənin ilk günündə də döyüşlərə qatılıb və sentyabrın 28-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Evin yeganə oğlu olan 23 yaşlı Fariz son damla qanına qədər vuruşub və şəhid olduğu döyüşdə 20-ə yaxın düşmən əsgərini məhv edib.
Fariz Qurbanov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

