Cavid Qurbanov: Gələn il Bakı-Tbilisi-Qars sərnişin qatarı işə düşəcək
“Stadler Rail Group” şirkətindən qatarlar 2019-cu ilin fevral-mart ayında təhvil verilməlidir.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
“10 sərnişin vaqonu təhvil verilən kimi artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin qatarı fəaliyyətə başlayacaq”, – deyə Cavid Qurbanov bildirib.oxu.az

