Quba ağ örpəyə büründü – FOTO/VİDEO
Ötən gün axşam saatlardan başlayaraq Azərbaycanın şimal bölgələrinə də güclü qar yağıb.
ARANTV.AZ-ın məlumatına görə, Quba rayonu ərazisinə yağan qarın hündürlüyü 15 sm-ə yaxındır.
Şimal rayonlarına hazırda da qar yağmaqda davam edir. Əsas yollarda və mərkəzi küçələrdə ərazilərin qardan təmizlənməsi istiqamətində tədbirlər görülür.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

