Niyə bəzi adamlar soyuğa qarşı daha dözümlüdürlər?
Dünyada hər beş nəfərdən biri soyuğa başqalarına nisbətən daha yaxşı dözür. Soyuğa qarşı yüksək müqavimət Yer sakinlərinin 20 %-də aşkar edilmişdir. İsveçin Karolina Universitetinin tədqiqatçılarının apardığı təcrübələr sübut edib ki, üşümə hissi də genlərlə bağlıdır. Əzələ hüceyələrində alfa-aktinin-3 zülalının çatışmaması soyuğa qarşı müqavimətin artmasına səbəb olur. Dünya əhalisinin təxminən 20 %-də bu zülal çatışmır.
Təcrübədə 18-40 yaş aralığında 42 kişi iştirak edib. Onlar 14 dərəcə temperatura malik suda oturublar. Bir müddət sonra mütəxəssislər könüllülərdə əzələ biopsiyası və elektromioqrafiya həyata keçiriblər. Məlum olub ki, alfa-aktinin-3 defisiti bədənin normal temperaturunu dəstəkləmək üçün orqanizmdən isti enerjinin ayrılmasına təkan verir.

