Putin niyə papaqdan istifadə etmir? Peskov səbəbini açıqladı
Rusiya Prezidenti Vladimir Putin qış aylarında keçirilən tədbirlərdə heç vaxt baş geyimindən-papaqdan istifadə etmir.
ARANTV.AZ Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov fevralın 23-də qeydə alınan 20 dərəcə şaxtaya baxmayaraq Putinin Naməlum Əsgər Kompleksinə əklil qoyan zaman niyə papaqsız olmasına aydınlıq gətirib.
“Bilirsinizmi, onun möhkəm sağlamlığı var. Bəli, o, təəssüf ki, şaxtaya baxmayaraq belə mərasimlərdə baş geyimsiz olmağı üstün tutur”.

