Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclası keçirilib

By Vüsal Rafiqoğlu
24.02.2021 3 Min Read

Fevralın 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) energetika nazirlərinin 1-ci görüşü keçirilib. Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

ARANTV.AZ  bildirir ki, tədbir Azərbaycanın energetika naziri Pərviz Şahbazov və TDƏŞ-in Baş katibi Bağdad Amreyevin açılış nitqləri ilə başlayıb. İclasa sədrlik edən nazir bildirib ki, türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü şəkildə davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nüfuzlu, çoxtərəfli əməkdaşlıq formatı kimi uğurla inkişaf edir və Azərbaycan bu əməkdaşlığın humanitar müstəvidən çoxşaxəli iqtisadi müstəviyə doğru genişlənərək inkişafına öz töhfəsini verir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5 dəfə artaraq 4,4 milyard ABŞ dollarına çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faiz təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,3 mlrd. ABŞ dolları sərmayə yatırıb.”

Nazir Pərviz Şahbazov bütün sahələrdə olduğu kimi enerji sahəsində də yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin Türk Şurası formatında enerji əməkdaşlığı modeli üçün də əsas rol oynadığını bildirib: “Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 431 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 milyard kubmetr qaz nəql olunub. Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.”

Azərbaycanın təşkilata sədrliyinin mürəkkəb bir dövrə təsadüf etməsinə baxmayaraq, nümunəvi səviyyədə olan həmrəylik və səmərəli qarşılıqlı fəaliyyətlə yadda qaldığı vurğulanıb. Azərbaycana 44 günlük Vətən müharibəsi dövründə ən çox dəstək verən təşkilatın məhz Türk Şurası olduğu qeyd edilib. Azad edilmiş ərazilərin bərpasında, həmçinin Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin iştirakı əməkdaşlığı dərinləşdirəcək imkanlar kimi diqqətə çatdırılıb.

Təşkilatın Baş katibi Bağdad Amreyev energetika sahəsində əməkdaşlığın Türk Şurasına üzv dövlətlər üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqinin təşkilatın əsas məqsəd və vəzifələrindən biri olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində olan nümunəvi əməkdaşlıqdan bəhs edərək, Cənub Qaz Dəhlizinin gələcək uğurlu əməkdaşlıqlara imkanlar açdığını qeyd edib.

Görüşdə, həmçinin Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye nazirinin müavini Veronika İsayeva, Özbəkistan energetika nazirinin elm və innovasiyalar üzrə müşaviri Əziz Əliməhəmmədov və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin energetika və iqlim üzrə xüsusi səfiri Dora Zombori çıxış edib.

Nazirlər görüşündə fevralın 23-də keçirilmiş energetika üzrə işçi qrupunun birinci iclasının hesabatı nəzərdən keçirilib, enerji marşrutlarının inkişafı və şaxələndirilməsi, enerji resursları və neft-kimya məhsullarının istehsalı və tədarükündə regiondaxili əlaqələrin gücləndirilməsi, neft və qaz sektorunda, bərpa olunan enerji mənbələri və qabaqcıl texnologiyaların inkişafı üçün investisiya mühitinin yaxşılaşdırılması, enerji səmərəliliyi üzrə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, energetika sahəsində birgə təlim mərkəzinin yaradılması, təcrübə mübadiləsi məqsədi ilə tədbirlərin keçirilməsi təklif edilib.

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir. 15 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş TDƏŞ-in VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qarlı havada yıxılmamaq üçün diqqətli olun – MƏSLƏHƏTLƏR

Next

Məktəbdaxili qiymətləndirmədə yaxşı nəticə harada qeydə alınıb?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv