Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Vüqar Rəhimzadə: Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar

By Vüsal Rafiqoğlu
24.02.2021 3 Min Read

“Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu vacib məsələ dayanır ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Azərbaycanın çox zəngin tarixi vardır.  Biz öz zəngin  tariximizi, həqiqətlərimizi  dünya miqyasında daha  dolğun təqdim etməliyik. Məqsəd  ilk növbədə, Azərbaycan həqiqətlərinə şübhə ilə yanaşanlara xalqımızın nə qədər zəngin tarixə malik olduğunu göstərməkdir.  Möhtərəm Prezidentimiz daim alimlərimizin, mütəxəssislərimizin qarşısında bu vacib tələbi qoyur ki, tarixi həqiqətlərimiz cəmiyyətə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmalıdır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  hazırkı postmüharibə dövründə bu işlərin miqyasının daha da genişləndirilməsinə böyük zərurət duyulur: “Əlbəttə, bizim tariximiz  böyük sərvətimizdir. Tarixi faktlar da sübut edir ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Buna əmin olmaq üçün təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Bu, artıq təkzibolunmaz faktdır ki, həmin xəritələrdə  indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Lakin təəssüflər olsun ki, uzun müddət, xüsusilə müstəqilliyimizin ilk illərində bədnam qonşularımızın havadarlarının hərtərəfli himayəsi sayəsində indiki Ermənistan ərazisindəki Azərbaycan mənşəli toponimlərin erməniləşdirilməsinin qarşısını almaq mümkün olmayıb.”

Baş redaktor bu mühüm məqamı xüsusi vurğulayıb ki,  yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir: “Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmağa, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almağa başladı. Tarixi faktlar sübut edir ki, Azərbaycanın İrəvan xanlığının və Qərbi Azərbaycanın digər ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar.  Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə zaman-zaman erməni xalqının olmayan  tarixinin şişirdilməsinə  yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılıb. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Ötən əsrin əvvəllərində ermənilərin Bakıdan başlanan vəhşilikləri qısa zaman kəsiyində Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə-yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmağa, özlərinin əsassız  torpaq iddialarını azərbaycanlıları bütün dünyaya “vəhşi xalq” kimi tanıtmaq niyyətini güdən çirkin təbliğatları ilə  pərdələməyə cəhd göstərmişlər. Tarixi düşmənlərimiz keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. 1988-ci ildə ermənilərin respublikamıza qarşı torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə yaxın müddətdə uzanmasının səbəbi də məhz  dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar olmuşdur.”

Vüqar Rəhimzadə   qeyd edib ki, bədnam qonşularımızın işğaldan azad edilmiş torpaqlarımızda  dini və tarixi abidələrimizi  yerlə-yeksan etmələrində də əsas məqsəd  onların Azərbaycana məxsusluğunu gizlətmək idi: “Azərbaycanın işğal olunmuş ərazilərində yaşı minilliklərlə ölçülən bütün tarixi abidələr, məscidlər, məzarlıqlar, müqəddəs ocaqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi-mənəvi sərvətlər talan edilib. Ermənistan işğal olunmuş ərazilərdə məqsədli şəkildə Azərbaycan izini itirməyə çalışaraq bir çox tarixi toponimlərimizi erməniləşdirməyə çalışıblar. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza səfəri zamanı şəhər və kəndlərimizin adlarının erməniləşdirilərək yazıldığı  lövhələrin ayaq altına atılıb əzilməsi bir daha ermənilərə və onlara dəstək verənlərə  ciddi mesaj, həmçinin dərs oldu. Ermənilərin   Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi-dini abidələrə qarşı törətdikləri saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş sənədlərin, konvensiyaların tələblərini ayaq altına atmaq  deməkdir. Özünü sivil dünya adlandıran  beynəlxalq aləm unutmamalıdır ki, Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus maddi-mədəni irsi məhv etməsi yalnız Azərbaycana qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır.”

Baş redaktor qeyd edib ki, özünün xarici siyasətində  daim beynəlxalq hüquqa önəm verən Azərbaycan dövləti işğalçı Ermənistanın törətdiyi bu kimi  cinayət əməllərinə görə cəzalandırılacağına əmindir.  Bu əminliyə əsas verən 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, dünyanın xarici siyasətində etdiyi dəyişikliklərdir. Dünya bir daha bu reallığı qəbul etmək məcburiyyətində qaldı ki, beynəlxalq hüquq zamana və məkana, maraqlara görə tətbiq oluna bilməz.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məktəbdaxili qiymətləndirmədə yaxşı nəticə harada qeydə alınıb?

Next

Paşinyan, yoxsa Sarqsyan: Hansı daha alçaqdır? – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv