Rusiyada bayram axşamı faciə: 5 nəfər öldü
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 5 nəfərin həlak olduğunu açıqlayıb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakin təxliyə edilib.
Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərirlər.
Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev və səhiyyə naziri Veronika Skvortsova hadisə yerinə gəlib.
Fövqəladə Hallar Nazirliyindən bildirib: “Moskva vaxtı ilə saat 04:00 üçün 5 nəfərin meyiti aşkar edilib və dağıntılar altından çıxarılıb”.
Rusiya Federasiyasının İstintaq Komitəsi partlayışın qaz sızması nəticəsində baş verməsini prioritet versiyası kimi qiymətləndirir.

