Sosial 

“Azərişıq” ASC: “Elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılır” – FOTO/VİDEO

Ölkə ərazisində kəskin hava şəraiti ilə bağlı bir sıra problemlər meydana çıxır. Mövcud vəziyyətdə problemlərin qısa zamanda həll olunması üçün bütün qurumlar öz fəaliyyət dairəsində gücləndirilmiş iş rejimində çalışırlar.

Paytaxtın bir sıra ərazilərində, eləcə də bəzi regionlarda kəskin hava şəraiti elektrik enerjisində müəyyən fasilələrin yaranmasına da səbəb olub. Paytaxtın Abşeron rayonu Saray qəsəbəsi, eləcə də Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin bir hissəsi işıqsız qalıb.

Mövzu ilə əlaqədar “Azərişıq” ASC-dən Oxu.Az-a verilən məlumata görə, qurumun qəza xidmətinin əməkdaşları gecə saatlarından etibarən müvafiq ərazilərdə bərpa işləri görürlər:

“Videogörüntülərdən də gördüyünüz kimi əməkdaşlarımız çətin, əlverişsiz hava şəraitinə rəğmən iş başındadırlar. Artıq Sulutəpə qəsəbəsində elektrik xəttində yaranan texniki problem aradan qaldırılıb. Əhaliyə elektrik enerjisinin verilişi tam bərpa olunub. Bəzi bölgələrdə yaranan qısamüddətli fasilələrin aradan qaldırılması üçün tədbirlər davam etdirilir”.

Daha çox xəbərlər