Hansı qan qrupundan olan insanlar daha ehtiraslıdır?
I qan qrupuna malik insanlar ən ehtiraslı və fəaldır. Digər insanlar kədərlənməsinlər. Tədqiqatların nəticələrinə görə məlum olub ki, II qan qrupundan olan qadınlar və kişilər daha sadiq həyat yoldaşı olurlar. Bəzən bu daha önəmli ola bilir.
III qan qrupundan olan insanlar təbiətcə daha həssas və romantikdirlər. IV qrupdan olan insanların isə seçim etmək, hiss və emosiyalarını idarə etmək bacarığı digər insanlardan daha yüksək olur.
ARANTV.AZ “360tv.ru” saytına istinadən xəbər verir ki, tədqiqatlar zamanı sosial şəbəkələrdə qadınlar arasında partnyorlarına marağın daha çox hansı səbəblərdən itməsi ilə bağlı sorğu da keçirilib. Sorğu iştirakçılarının əksəriyyəti xarici görünüşünə diqqət yetirməyi dayandırması cavabını veriblər.

