Bu rayonlara hələ də qar yağır – FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
ARANTV.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, saat 17:00-a olan məlumata əsasən əksər rayonlarda yağıntılar kəsib, lakin Lənkəran, Astarada qar yağmaqda davam edir.
Havanın temperaturu Bakıda 0, Maştağa, Binədə 1, Sumqayıtda 2 dərəcə isti qeydə alınıb.

