ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde yaxın zamanlarda Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə o, ATƏT Parlament Assambleyasının qış sessiyasında deyib.
O bildirib ki, səfər zamanı İkinci Qarabağ müharibəsindən sonra regiondakı vəziyyətlə tanış olmağı planlaşdırır.

