Dünya 

Meksikada mer vəzifəyə gəldikdən bir saat sonra öldürüldü

Meksikanın Oaxaka ştatının Tlahiako bölgəsinin meri vəzifəsinə təyin edilən Aleksandro Aparisio vəzifə səlahiyyətinə başladıqdan saat yarım sonra sui-qəsd nəticəsində qətlə yetirilib.

ARANTV.AZ oxu.az-a  istinadən xəbər verir ki, ştat qubernatoru Aleksandro Murat baş prokurordan hadisənin qısa zamanda araşdırılmasını tələb edib. Bir müddət sonra polis cinayəti törədəni yaxalayıb. Onun kimliyi açıqlanmır.

Sui-qəsd zamanı daha 2 nəfər də xəsarət alıb.

Daha çox xəbərlər