Leyla Abdullayeva Xocalı faciəsi zamanı 12 yaşında olan şahid barədə paylaşım edib – FOTO
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocalı faciəsi zamanı 12 yaşında olan Samirə Hüseynova barədə paylaşım edib.
ARANTV.AZ-ın məlumatına görə, o paylaşımına faciə şahidinin fotosunu əlavə edib.
“Bu qadın – Samirə Hüseynova, ailəsi doğma Xocalı şəhərini tərk etmək məcburiyyətində qalan zaman cəmi 12 yaşında idi. Hələ də atasından, nənəsindən, əmisindən və bibilərindən xəbər gözləyir”, – deyə XİN sözçüsü bildirib.
L.Abdullayeva S.Hüseynovanın ümumilikdə 48 qohumunun öldüyünü və ya itkin düşdüyünü vurğulayıb.
“Xocalını unutmadıq! Xocalıya ədalət tələb edirik!”, – deyə XİN Mətbuat Xidməti idarəsinin rəisi vurğulayıb.

