Cəbhədən Xəbər 

İtkin düşən polkovnik-leytenantın nəşi tapıldı – FOTO

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

ARANTV.AZ xəbər verir ki, 46 yaşlı zabitimizin nəşi itkin düşməsindən 4 ay 23 gün sonra Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. O, doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qalıb.

 

Publika.az

Daha çox xəbərlər