İsraildə koronavirusa yoluxanların sayı 770 min nəfərə çatır
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 738 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 769 971 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 723 832 nəfəri sağalıb, 5 694 nəfəri isə vəfat edib.

