ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
ABŞ-ın Holl dairəsində (Corciya ştatı) birmühərrikli təyyarə qəzaya uğrayıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 3 nəfər həlak olub.
Məlumata əsasən, Qeynsvil aeroportundan havaya qalxan təyyarə Deytona-Biç şəhərinə uçurmuş. Qəza yerinə gələn xilasedicilər hadisə yerində 3 nəfərin meyitini aşkarlayıblar.
Bildirilir ki, yanacaq sızması səbəbindən qəza yerinin yaxınlığında yerləşən bir yaşayış evinin sakinləri təxliyyə edilib.Qəzanın səbəbi barədə məlumat verilmir.

