Paytaxtda 67 yaşlı qadını maşın vurdu
Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1954-cü il təvəllüdlü Abbasova Gülnisə Əbdüləli qızını Qara Qarayev metrosunun yaxınlığında avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının əziyi diaqnozu qoyulub.“Report”

