Xəzər rayonunda sürücü törətdiyi qəzada ağır yaralandı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Babayev Saməddin Mirqurban oğlu Qala yolunda idarəetməni itirərək qəzaya düşüb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.“Report”

