Gündəm 

“Azərlotereya”nın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı – FOTO

“Bu gün “Azərlotereya”nın Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında məlumat verib.

O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.

 

Daha çox xəbərlər