Cəmiyyət 

Azərbaycanlını qarət edən dörd türk ələ keçdi

Yunanıstana keçmək üçün Türkiyənin İspala sərhəd-keçid məntəqəsində növbə gözləyən azərbaycanlı TIR sürücüsü E.N. qarət edilib.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, dörd nəfər TIR-ın sürücü kabinəsinə hücum edib.

Hücum zamanı oğrular azərbaycanlıya silahla hədə-qorxu gələrək, üzərindəki pulu və mobil telefonu götürüblər.

Hadisədən sonra E.N. polisə şikayət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qarətdə şübhəli bilinən dörd Türkiyə vətəndaşını yaxalayıb.

Onların üzərinə baxış zamanı bir ədəd tapança, ədəd ov tüfəngi, sursatlar və 12 mobil telefon aşkarlanıb.

Daha çox xəbərlər