Dünya 

Ermənistanda un bahalaşıb

Ermənistanda son günlər aparılan monitorinqlər nəticəsində unun bahalaşdığı məlum olub.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, Ermənistanın İqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, ötən ayla müqayisədə yüksək keyfiyyətli unun 1 kq-nın topdansatış qiyməti 217 dramdan 226 drama qalxıb. Ümumilikdə şirkətlər tərəfindən qiymət artımı 50 kq-lıq kisə ilə hesablamada 450 dram təşkil edib.

Hazırda Ermənistanın antiinhisar qurumu bahalaşmanın səbəbini araşdırır.

Qeyd edək ki, 1000 dram təqribən 2 ABŞ dolları təşkil edir.

Daha çox xəbərlər