Region Xəbərləri 

Gədəbəyə yağan qar nəqliyyatın hərəkətinə çətinlik yaradıb

Bu gün səhər saatlarından başlayaraq Gədəbəy rayonuna qar yağmağa başlayıb.

ARANTV.AZ xəbər verir ki, yağıntı nəticəsində Gədəbəyin mərkəzində, rayonun ucar kəndlərində, həmçinin Şəmkir-Gədəbəy avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaranıb.

Hazırda davam edən qarlı hava vətəndaşlar üçün də müəyyən kommunal problemlər yaradıb.

Rayonda qeyri-sabit hava şəraiti davam edir.

Daha çox xəbərlər