Sosial 

Azərbaycanda ən aktiv istifadəçisi olan sosial şəbəkə hansıdır?

Sosial şəbəkələrin qlobal və Azərbaycan üzrə bazar payı açıqlanıb.

ARANTV.AZ bildirir ki, “Global Stats” analitik şirkətinin məlumatına görə, bu ilin fevral ayında Azərbaycanda ən aktiv istifadəçisi olan sosial şəbəkə Instagram seçilib.

Sözügedən şəbəkənin ölkəmiz üzrə bazar payı 22.78%-dir. İkinci sırada 22.22% bazar payı ilə Twitter qərarlaşıb. YouTube sosial şəbəkəsi 20.23% bazar payı ilə üçüncü yerdə gəlir. Ondan sonra 18.57%-lə Facebook yer alıb. Pinterest 14.69%-lə beşinci, VKontakte 0.65%-lə altıncı sırada qərarlaşıb.

Qlobal miqyasda isə 71.97% göstərici ilə Facebook liderdir.

Daha çox xəbərlər