Hadisə 

“Bakıda 5 nəfər fişəng və pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb” – Nazirlik

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb.

ARANTV.AZ xəbər verir ki, Səhiyyə Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 31-də stansiyaya ümumilikdə 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər müraciət edib.

Qeyd olunub ki, onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub: “Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Bundan başqa, həmin müddətdə 3 nəfər qidadan zəhərlənib. Müraciət edənlərin 647 nəfəri uşaq olub”.

Daha çox xəbərlər