Kriminal 

Bakıda 45 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Ağayev Mehman Əliabbas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol döş qəfəsinin kəsilmiş-deşilməsi yarası diaqnozu qoyulub.“Report”

Daha çox xəbərlər