Dəhşətli yol qəzası: 9 futbolçu və bir məşqçi həlak oldu
Sierra Leonedə dəhşətli yol qəzası baş verib.
ARANTV.AZ fanat.az-a istinadla xəbər verir ki, hadisə Bombali bölgəsində qeydə alınıb. Batkanu şəhərindən Makeniyə qayıdan “Makkari” futbol komandasını daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə komandanın 9 futbolçusu və 1 məşqçisi yol həlak olub. 20-dən çox futbolçu isə xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.
FIFA və qurumun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

