Sosial 

FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər – Rəis müavini

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında vaksinasiya prosesi hələki yalnız Bakı şəhəri üzrə başlayıb.

ARANTV.AZ  bildirir ki, bunu Trend-ə açıqlamasında nazirliyin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.

O bildirib ki, FHN əməkdaşları koronavirusa qarşı vaksinasiya prosesinə könüllü müraciət edə bilərlər:

“Vaksinasiya prosesi fevralın 25-dən Bakı üzrə başlayıb. Regionlarda vaksinasiya prosesi hələ ki, başlanılmayıb. Lakin vaksinasiya ilə bağlı könüllü müraciət edən nazirlik əməkdaşları FHN-nin Tibb Mərkəzinə gəlməlidirlər”.

Daha çox xəbərlər