Hadisə 

Nəsimidə motosiklet gənci vurdu

Bakıda xəsarətlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Motosiklet rayonun R. Behbudov küçəsində yolu keçən 1999-cu il təvəllüdlü Mustafayev Amil Samir oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.“Report”

Daha çox xəbərlər