İsrailli həkimlər neçə qazimizi əməliyyat edib? – RƏSMİ
“YAŞAT” Fondunun təşəbbüsü, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və İsrailin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycana gələn israilli həkimlər tərəfindən qazilərimiz müayinə və müalicə olunub.
ARANTV.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.“İsrailli həkimlər tərəfindən 132 qazimiz müayinə olunub, 22-si əməliyyat edilib. 28 qaziyə isə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq”, – deyə o qeyd edib.

