Doğru deyirlər ki, İmam Mehdi zühur edəndə özü ilə yeni din və şəriət gətirəcək?
Doğru deyirlər ki, İmam Mehdi zühur edəndə özü ilə yeni din və şəriət gətirəcək?
Bir qism hədislərdə buyurulur ki, elm 27 hərfdən ibarətdir, peyğəmbərlər bunun 2 hərfini insanlara açıqlayıblar. İmam-zaman zühur edəndə qalan 25 hərfi də insanlara açıqlayacaq və elm bütün hərfləri ilə kamilləşəcək. Burada elmin hərfləri deyərkən nəyin nəzərdə tutulması barədə fikirlər fərqlidir, böyük ehtimalla konkret hərflər deyil, elmin dərəcələri və səviyyələri nəzərdə tutulur. Bəzi hədislərdə isə buyurulur ki, zühur ərəfəsində insanların din barədə bilikləri elə təhrif olacaq ki, İmam Mehdi (ə) onlara əsil dini öyrədəndə insanlar onun Mühəmməd Peyğəmbərin (s) gətirdiyi hökmləri deyil, tam başqa hökmləri çatdırdığını düşünəcəklər. Yəni zühur ərəfəsində halal harama qarışacaq, ehtiyata əməl edilməyəcək və dinin bəzi vacib hökmləri insanlara başqa şəkildə təqdim ediləcək. Elə buna görə insanların böyük bir hissəsi İmam Mehdini (ə) qəbul etməyib, onunla mübarizə aparacaqlar.

