11 şəhidin cənazəsi doğulduqları rayonlara yola salındı
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 11 hərbçinin nəşi doğulduqları rayonlara yola salınıb.
ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, şəhidlərin nəşi Bitlis şəhərinin Tatvan Dövlət Xəstəxanasından ambulanslarla Elazığ şəhərinə aparılıb.
Oradan isə dəfn ediləcəkləri məmləkətlərinə yola salınıb.
Qeyd edək ki, martın 4-də Türkiyənin Bingöl şəhərindən qalxan hərbi helikopter Bitlis şəhərinin Tatvan rayonunda qəzaya uğrayıb. Hadisə nəticəsində general-leytenant Osman Ərbaş da olmaqla 11 hərbçi şəhid olub, 2 hərbçi yaralanıb.

