Siyasət 

Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb

Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı azalıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu gün Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiya YAP-a qoşulub.

Bununla da dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 62-dən 56-ya düşüb.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası

2. Azərbaycan Kəndli Partiyası

3. Milli Qurtuluş Partiyası

4. Azərbaycan Yurddaş Partiyası

5. Azərbaycan Milli Hərəkat Partiyası

6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası

Daha çox xəbərlər