Region Xəbərləri 

Bərdənin mərkəzindəki vəzifəlilərin oturduğu bina: Çölü bəzəkli olsa da içi baxımsız gündədir-VİDEO

Bərdə şəhərinin mərkəzindəki bina haqqında tənqidi fikirlərimizi gördüyümüz mənzərədən sonra bölüşməyə bilməzdik. Hansı ki, binada xeyli sayda idarə , müəssisə,təşkilat ofis quraraq fəaliyyət göstərir.

ARANTV.AZ xəbər verir ki, İcra Hakimiyyətinin Bərdə üzrə nümayəndəliyi, Bərdə rayon Gənclər və İdman İdarəsi, Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin Bərdə rayon şöbəsi, Bərdə rayon Ağsaqqallar Şurası, Qarabağ Qazilər Birliyinin Bərdə rayon Şöbəsi, Həmkərlar Təşkilatı Regional Məşğulluq İdarəsinin Bərdə nümayəndəliyi məhz bu binada yerləşir.

Əlqərəz!

Sayları çox olsa da binada abadlıqdan əsər-əlamət görünmür. Döşəmələr, qapılar , divarlar çirkli,pintilikdən görəni diksindirir. Nə təmizlikdən, nə də sanitar-gigiyenik normalara riayyət etməkdən danışmaq olmaz. Binanın sanitar qovşağı belə bərbad gündə,elə bir şərayit yoxdur ki burada işləyən kimsə lazım olanda ordan istifadə eləyə bilsin. Binanın arxasında , fasadında sanitar qovşağı olsa da üfunət qoxuyur. Görəni dəhşətə gətirir. Sözün əsl mənasında xəstəlik mənbəyidir.

Bir sözlə çoxluq olsa da şəhərin mərkəzindəki bu binada ürək açan , xoşagələn heç nə yoxdur. Sanki, binadakılar bura qonaq gəlib,gedirlər. Ancaq, buradakı hər təşkilat azacıq olsa təmizliyə , abadlığa töhfə vermiş olsalar, şübhəsiz ki, vəziyyət bu qədər də biabırçı olmazdı.

Onu da qeyd edək ki, Mövcud durum həm də Əmək Məcəlləsinin müvafiq tələblərinin pozulması deməkdir.Məcəllənin tələbinə görə rəhbər vəzifəli şəxslər işçilər üçün yaxşı iş şəraiti yaratmağa borcludurlar. Görəsən, burda oturub, fəaliyyət göstərən Əmək Müfəttişliyinin məcəllənin bu tələbindən xəbərdardılarmı? Xəbərdardırsa, başqaların demirik, niyə özlərinin başına  bir çarə qılmırlar.

Daha çox xəbərlər