Ev heyvanlarını qısır (sonsuz) etmək olarmı?
Ev heyvanlarını qısır (sonsuz) etmək olarmı?
Müsəlman bütün canlılara qarşı şəfqətli olmalı, heç bir canlının haqqına təcavüz etməməli, zülmə yol verməməlidir. İslam dini insanların hüququnu qoruduğu kimi, heyvanların da haqqını qoruyur. Ev heyvanlarını saxlayan şəxs onların dilsiz-ağızsız varlıq olmalarından sui-istifadə edə bilməz. Heyvanları qısır etmək əgər onlara qarşı zülm və onların haqqının tapdanması sayılarsa, icazəli deyil və günahdır. Bunu təyin etmək üçün bu işin mütəxəssisi olan həkimlərlə məsləhətləşmək faydalıdır. Əgər dişi heyvan saxlayan şəxs onun balalamasını istəmirsə, balaladığı zaman onlara baxmaq çətinlik törədəcəksə, bir şərtlə onu qısır etməyə icazə verilir ki, qısırlıq heyvana davamlı fiziki və psixoloji əziyyət verməsin, sağlamlığına və normal inkişafına mane olmasın. Erkək heyvanın isə qısır edilməsi barədə baytarla məsləhətləşmək lazımdır, çünki bəzi məlumatlara görə qısırlıq erkək heyvanın sağlamlığı və psixoloji durumu üçün təhlükə törədir.

