Seyrandan xanımlara 8 mart HƏDİYYƏSİ: “Yar Yar”
Almaniyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Seyran İsmayılxanov “Yar yar” adlı yeni klipini təqdim edib. ARANTV.AZ xəbər verir ki, hər zaman fərqliliyi ilə seçilən sənətçi budəfəki işini “8 Mart Beynəlxalq Qadınlar Günün”ə həsr edib. Qeyd edək ki, türk dilində bəstənin sözləri və musiqisi ifaçının özünə aiddir. Sözügedən mahnı elə Seyran İsmayılxanov tərəfindən ekranlaşdırılıb.

