Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış

By Vüsal Rafiqoğlu
08.03.2021 2 Min Read

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında iştirak edən jurnalistlər ölkəmizlə bağlı həqiqətləri işıqlandırmaqda davam edirlər. Həmin jurnalistlər işğaldan azad olunmuş rayonlarımıza da səfər edib, erməni vəhşiliyini gözləri ilə görüb və bu barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırırlar. Növbəti belə məqalə İspaniyanın nüfuzlu “La Vanguardia” qəzetində dərc olunub.

ARANTV.AZ  AZƏRTAC-a istinadən Jordi Joan Banosun müəllifi olduğu “Müharibədən sonra Qarabağa qayıdış” adlı məqalənin xülasəsini təqdim edir.

Doğma yurdlarından didərgin düşmüş azərbaycanlılar evlərinə qayıtmaq üçün genişmiqyaslı təmir-bərpa işlərinin bitməsini gözləyirlər.

Yüz minlərlə köçkün bir vaxtlar onlara mənsub olan diyarlarına – Qarabağa qayıtmaq istəyirlər və 30 illik həsrətdən sonra səbirsizlənirlər. Onları oraya tələsdirən 3-4 divardan savayı, bir izin qalmadığı dədə-baba yurdlarını tamamilə yenidən inşa etmək istəyidir. Ancaq, ilk növbədə, Azərbaycan dövləti bu əraziləri minalardan təmizləməlidir, bu, minlərlə kilometr ərazi deməkdir. “Minalar hər tərəfdədir. Ermənistan minalanmış sahələrin xəritəsini verməkdən boyun qaçırır və ya belə bir xəritənin mövcud olmadığını iddia edir”, – deyə Azərbaycan tərəfi bildirir.

Beləliklə, 30 il əkilib-becərilmədən daş dövrünə geri qayıtmış bu ərazilərdə ilk iş elektrik dirəklərinin, yüksəkgərginlikli qüllələrin qurulması oldu. Hazırda ilk elektrik stansiyası inşa edilir.

Bir müddət bundan öncə yalnız xarabalıq və müharibə izlərinin olduğu bu ərazilərdə indi irihəcmli işlər gedir. Məsələn, minalardan təmizləmə, təmizlənmış ərazilərdə elektrik xətlərinin çəkilişi və yolların salınması. Füzuli rayonunda “Beynəlxalq hava limanı” yazısı ilə rastlaşırıq.

“Azərbaycan Hava Yolları”nın nümayəndəsi Füzulidə tikilən hava limanının ölkənin ən böyük aeroportlarından biri olacağını bildirib. Hansı ki, ermənilər bu əraziləri – Füzuli və Ağdam rayonlarının bir hissəsini işğal zamanı viran qoyublar.

Xocavənd rayonunun azad olunmuş Böyük Tağlar kəndində Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu lövhələr diqqəti cəlb edir.

On dörd yaşına qədər Ağdamda yaşamış və 1990-cı illərin əvvəllərinə kimi böyük əksəriyyəti azərbaycanlılardan ibarət olmuş şəhərin girişində məyus olmuş tur bələdçimiz qarışıq hisslər keçirdiyini söyləyir: “Bu yerlərdən məcburi köçürülmüş azərbaycanlılar artıq geri qayıda bilərlər. Onların evləri Suriyadan və ya Livandan buraya köçürülmüş ermənilər tərəfindən zəbt olunmuşdu”.

Böyük Tağlar kəndi, eyni zamanda, Avrasiyanın ən qədim mağaraları ilə məşhurdur.

Zəfər yolu azərbaycanlılar üçün qeyri-adi bir şəhər olan Şuşaya gedən yoldur.

Azərbaycan bu günlərdə 26 fevral tarixini – müharibənin ən qanlı, amansız səhifəsi olan Xocalı faciəsini anıb. İyirmi doqquz il əvvəl böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Xocalı şəhəri etnik təmizləməyə məruz qalıb. Altı min sakin qaçmağa məcbur olub. Hər 10 nəfərdən biri öldürülüb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyir ki, Xocalı faciəsinin müəllifləri heç vaxt cəzalandırılmadılar. Bu səbəbdən yalnız barış deyil, həm də Balkanlarda, Sierra Leonada və ya Ruandada olduğu kimi, ədalət də vacibdir. Bütün törədilənlərin cəzasız qalması isə Ermənistanın Gəncədə mülki şəxsləri bombardman etməsinə gətirib çıxardı.

Beş yaşında məcburi köçkün düşən Samira Hüseynova deyir ki, yalnız ədalət qalib gəlsə, sakitlik tapacağıq.

Bölgədə bərpa işlərinin tam həyata keçirilməsini ərazilərə basdırılmış minalar məhdudlaşdırır. Təlim keçmiş itləri olan minatəmizləyənlər yeganə təhlükəsiz ərazi sayılan asfalt yollarla yanaşı, digər əraziləri də yoxlayırlar.

Şuşaya çəkilən və Zəfər adlanan yolun azərbaycanlılar üçün böyük əhəmiyyəti var.

Heç şübhəsiz, Azərbaycan öz ərazisinin ən gözəl guşəsini azad etdi. Bu torpaqlar azərbaycanlıların əcdadlarının dəfn olunduqları və uşaqlıq xəyallarının onları gözlədiyi yerlərdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Həbs edilən qadın müəllim və aptek sahibinin işi – Moyka və kafedə tramadol satırmış – TƏFƏRRÜAT

Next

Növbə Qazaxın işğal olunmuş kəndlərinə çatdı?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv